"Şimali Koreya həmişə Rusiya ordusu ilə eyni səngərdə olacaq"

KXDR lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq Şimali Koreyanın Rusiyanı tam dəstəklədiyini bildirib.

“Dövlətin ləyaqətini və şərəfini, ölkənin suverenliyini və təhlükəsizliyini qorumaq üçün ayağa qalxan Rusiya ordusu və xalqı ilə hər zaman eyni səngərdə olacağıq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kim Yo Conq bildirib.

Kim Çen In bacısı qeyd edib ki, ABŞ Ukrayna ərazisində yaranmış silahlı münaqişənin əsas günahkarıdır. Onun sözlərinə görə, məhz ABŞ rəhbərliyi öz hərəkətləri ilə Rusiyanı nəinki xüsusi hərbi əməliyyat keçirməyə məcbur edib, həm də strateji təhlükəsizliyə təhlükə yaradıb.

“Ukraynanı çoxlu sayda silahla vuran ABŞ qeyri-sabit dünya hadisələrinin davamını stimullaşdırmaqda fərqləndi və bu yaxınlarda əsas tanklarının (Ukraynaya) tədarükünü rəsmən elan etməklə anti-Rusiya mövqeyini daha da aydınlaşdırdı”.

Bunu KXDR liderinin bacısı deyib.

“Mən ABŞ-ın Ukraynanı qurudan hücum üçün hərbi texnika ilə təmin etməklə müharibənin genişlənməsinə töhfə verməsindən dərin narahatam və bunu qətiyyətlə pisləyirəm”.

Bunu da Kim Çen Inın bacısı deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə