Ruslar NATO-nun hərbi texnikasının cəbhəyə yetişmədiyini deyirlər

Yanvarın 26-da Rusiya hərbçiləri Ukrayna silah və sursatlarının, o cümlədən NATO ölkələrinin tədarük etdiyi silahların cəbhəyə daşınmasının qarşısını alıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya ruslar ukraynalıların döyüşə qatmaq istədikləri bütün silahları vurub dağıdıblar. Qeyd edək ki, ruslar bununla bağlı, köhnə də olsa, hər halda şəkil də paylaşıblar.

Rusiyalı hərbçilər bildiriblər ki, ukraynalıların cəbhəyə daşımaq istədiklərini ruslar kütləvi zərbə nəticəsində, dediyimiz kimi, vurub dağıdıblar.

Rus saytlarının yazdığına görə, guya rus hərbçilərinin qəfil həmləsi ukraynalıların hərbi texnikanın təmiri və bərpası üzrə istehsalat müəssisələrinin işini də pozub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə