Ersin Tatar Azərbaycan xalqına başsağlığı verib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumunu sərt şəkildə qınayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ersin Tatar tviter hesabında etdiyi paylaşımda bu xain hücumu şiddətlə pisləyərək, Şimali Kipr Türk Respublikasının daim Azərbaycanın dövlətinin yanında olduğunu vurğulayıb: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu qınayır, hücum nəticəsində həlak olan mühafizə rəisinə Allahdan rəhmət, yaralananlara tezliklə sağalmalarını arzulayıram. Kədəriniz kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan xalqının yanındadır. Başın sağ olun, Azərbaycan”.

Bütün xəbərlər Facebook səhifəmizdə