Rəsmilər üzrlü səbəb olmadan ölkəni tərk edə bilməzlər

Bu arada Ukrayna hökuməti qərar qəbul edib. Qərara əsasən, Rusiya Federasiyası ilə hərbi münaqişə bitənə qədər yerli rəsmilər üzrlü səbəb olmadan ölkəni tərk edə bilməyəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq qərar xalq deputatlarına, vəzifəli şəxslərə, prokuror, hakim və digər dövlət məmurlarına şamil olunacaq.

Baş nazir Denis Şmıqalın sözlərinə görə, məmurlar dövlət sərhədini ezamiyyət əsasında keçə bilərlər. Onlar həmçinin danışıqlar, müalicə və ya azyaşlı uşaqların baxımı üçün xaricə səyahət edə biləcəklər.

Nazir bildirib ki, qətnamənin qəbulu prezident fərmanının və Milli Təhlükəsizlik eləcə də Müdafiə Şurasının qərarının icrası üçün zəruridir.

Xatırladaq ki, Aleksey Simonenko ötən gün Ukrayna Baş Prokurorunun rəis müavini vəzifəsindən azad edilib.

Onun İspaniyaya ailəsi ilə birlikdə Yeni ili qeyd etmək üçün on günə yola düşdüyü bildirilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə