Rusiya Latviyanın Moskvadakı səfirini ölkədən qovur

Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfiri Maris Riekstinsə iki həftə ərzində ölkəni tərk etməsi barədə göstəriş verdiyini açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, departamentin bəyanatında deyilir ki, cümə günü Latviyanın müvəqqəti işlər vəkili Dace Rutka Riqanın Rusiya-Latviya diplomatik münasibətlərinin səviyyəsini aşağı salmaq qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya tərəfi kəskin etirazını bildirib. Xarici İşlər Nazirliyi bu addımın səbəbinin digər Baltikyanı ölkələrlə həmrəylikin qəbul edilməməsi olduğunu vurğulayıb.

Departament əlavə edib ki, Latviya hakimiyyətinin qərarının nəticələri olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə