İsveçli radikal Quranı yenidən yandırıb

Türkiyənin “TRT” agentliyi xəbər verir ki, isveçli ifrat sağçı siyasətçi, “Hard Deal” partiyasının lideri Rasmus Paludan Danimarka paytaxtında məscidin qarşısında Quranı yandırıb.

Polisin əhatəsində dayanan siyasətçi Kopenhagenin Dortevey rayonunda cümə namazı bitdikdən dərhal sonra məscidin qarşısında dəbilqədə aksiya keçirib. O, yanan kitabı yelləyərək diqqəti özünə cəlb etməyə çalışsa da, məsciddən çıxan müsəlmanlar təxribata sakit reaksiya veriblər.

Maraqlıdır ki, aksiyadan əvvəl yerli polis bir qrup gənci yanğınsöndürən və su ilə ərazidə saxlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,

Qeyd edək ki, Paludan daha əvvəl Stokholmdakı Türkiyənin səfirliyi qarşısında müsəlmanların müqəddəs kitablarını yandırmışdı.

O, öz hərəkətlərini Türkiyənin İsveçin NATO-ya daxil olmasını əngəlləməsi ilə əsaslandırırdı.

Quranın yandırılması aksiyasına Türkiyə Xarici İşlər Nazirliyinin icazəni geri götürmək tələblərinə baxmayaraq, Danimarka səlahiyyətliləri icazə verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə