Rusiya münaqişənin yeni mərhələsinə keçir?

Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Stannino Tokioda keçirilən mətbuat konfransında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatın gedişatının yeni mərhələyə keçdiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Associated Press agentliyi” xəbər verir.

“Silahların tədarükü cəbhədəki vəziyyətin dəyişməsi və hərbi əməliyyatların gedişatını başqa mərhələyə daşıyan Rusiyanın hərəkətlərinin nəticəsidir”, - deyən Stanninonun fikrincə, Avropa İttifaqı ölkələri silah tədarük etməklə Ukraynaya Rusiya ordusunun barbar hücumlarından özünü müdafiə etməyə şərait yaradır.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok Qərbin Rusiyaya qarşı müharibə elan etdiyini, Ukraynanı daha çox silahla təmin edərək Rusiya Federasiyasına qarşı mübarizə aparmağa çağırıb.

Onun sözlərini şərh edən Almaniya Xarici İşlər Nazirliyi, Kiyevin dəstəyi Almaniyanı münaqişə tərəfi etmədiyini vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə