Əfqanlar üçün "gələn" ən sərt qış...

Əfqanıstanda artıq 160-dan çox insan və ən azı 70 min ev heyvanı soyuqdan ölüb. Bəzi yerlərdə temperatur mənfi 34 dərəcəyə enib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölkədə bu qış son illərin ən soyuq qışı adlandırılır.

2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal qrup “Taliban” hökumətinin məlumatına görə, yanvarın 10-dan 26-dək ölkədə soyuqdan 162 nəfər ölüb. Bir neçə gün əvvəl “Taliban” şaxtadan 70 minə yaxın mal-qaranın da tələf olduğunu bildirmişdi.

SİA-nın əldə etdiyi digər məlumata görə, soyuqdan ölən yerli sakinlərin əksəriyyəti tibbi xidmətə çıxışı olmayan çoban və kəndlilərdir.

Qeyd edək ki, Əfqanıstanın bir çox bölgələri indi qarla tamamilə kəsilib: dağ yollarının əksəriyyəti keçilməzdir - orada maşınlar ilişib və sərnişinlər soyuqdan ölüblər.

Saytmız bunu yerli rəsmilərə istinadən bildirir.

Ölkə rəsmiləri guya soyuqdan donanlara kömək üçün hərbi helikopterlər göndərdiklərini iddia edirlər, lakin helikopterlər yüksək dağlıq ərazilərə enə bilmirlər.

Bu arada Kabul sakinləri hələ də dövlətdən heç bir yardım almadıqlarını, çörək və odun üçün kifayət qədər pulları olmadığından qızınmaq üçün bəzilərnin hətta plastik qabları belə yandırdıqlarını deyirlər.

Qeyd edək ki, bir çox humanitar təşkilatlar “Taliban”ın fərmanı ilə ölkədəki fəaliyyətini dayandırıb. Xatırladaq ki, fərman qadınların qeyri-hökumət təşkilatlarında işləməsini dağan edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə