“Bayden Ukraynada qərarları Zelenskinin vermədiyini təsdiqlədi”..?

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ prezidenti Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinin yazda əks-hücum əməliyyatına hazırlaşdığı barədə deməsini əsas gətirərək, Kiyevdə bütün qərar verənin Vladimir Zelenski olmadığını bildirib.

Miriya Zaxarova xatırladıb ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya 31 M1 “Abrams” tankı tədarükünü elan edərkən, bu hərbi yardımın digər NATO ölkələrindən də tankların tədarükü ilə müşayiət olunacağını qeyd edib.

O vurğulayıb ki, Kiyevin tanklara ehtiyacı var, çünki yazda Ukrayna Silahlı Qüvvələri hücuma keçəcək.

...Bəs Bankovaya ilə bağlı nə olacağına kim qərar verir? Biz başa düşürük ki, Zelenski deyil, baxmayaraq ki, o, bu qərarları verirmiş kimi davranır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu da Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Kiyevin hücumla bağlı qərarlarını 2,5 milyard dollar dəyərində daha bir silah partiyası ilə dəstəkləyir.

Gərək ki, yadınızda olar, dünən Kremlin daha bir sözçüsü Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putin üçün onun ukraynalı həmkarı Zelenskinin çoxdan mümkün rəqib olmaqdığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə