Pakistanda müəmmalı xəstəlik tüğyan edir

Pakistanın Kəraçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlik 10-u uşaq olmaqla 18 nəfərin ölümünə səbəb olub.

SİA- Türkiyənin TRT-nin telekanalına istinadən verdiyi xəbərə görə, yanvarın 10-25-də Kəraçinin Kimari bölgəsində 10-u uşaq olmaqla 18 nəfər tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlik səbəbi ilə həyatını itirib.

Tənəffüs çatışmazlığına bölgədəki neft stansiyaları, yağ və xam dəmir zavodlarından ətrafa yayılan zəhərli qazların səbəb olduğu düşünülür. Bu səbəblə aparılan istintaq çərçivəsində 3 fabrikin fəaliyyəti dayandırılıb, 4 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə