AŞPA-dakı nümayəndə heyətimiz bəyanat yayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edən qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri İranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı bəyanat yayıblar. SİA xəbər verir ki, bəyanatda AŞPA qış sessiyasındakı Azərbaycan nümayəndə heyətinin 12 üzvü 2023-cü il yanvarın 27-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktını sərt şəkildə qınayıb.

Nümayəndə heyətinin üzvləri səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və millətimizə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirlər.

Bəyanatda terror aktının təxirə salmadan araşdırılması və cinayətkarların cəzalandırılması tələb edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə