“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən silahlı hücumu qınayırıq”. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında deyilir.
“Bu hücumda həlak olan səfirlik əməkdaşına Allahdan rəhmət, yaralılrın tezliklə sağalmasını diləyirik. Keçmişdə oxşar hücumlara məruz qalmış Türkiyə Azərbaycan xalqının kədərini paylaşır”, - deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, Azərbaycan tək deyildir: “Azərbaycana dəstəyimiz hər zaman olduğu kimi bundan sonra da davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə