Rusiya Ukrayna ərazisində daha 850 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 850 hərbçisini itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 124 710 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 6 zirehli döyüş maşını, 11 artilleriya sistemi, 1 helikopter Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə