"47 raket məhv edilib" - Baş Qərargah

2023-cü il yanvarın 26-da Rusiya Ukraynanın kritik infrastrukturuna kütləvi raket hücumu həyata keçirib. SİA-nın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, müxtəlif bazalardan 55 raket buraxılışı həyata keçirilib. Ukrayna Hərbi Hava Qüvvələri 47 qanadlı və idarə olunan raketi məhv edib. Bundan əlavə, dörd X-59 idarə olunan raketdən üçü hədəflərinə çatmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə