Tramp Qərb tanklarının verilməsini tənqid edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya Qərb tanklarının verilməsini tənqid edib. SİA xəbər verir ki, o, bu haqda özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu, həm də Ukraynaya nüvə silahının verilməsinə gətirib çıxara bilər.

“Əvvəlcə tanklar, sonra nüvə bombaları olacaq. İndi gəl bu çılğın müharibəni bitir. Bunu etmək çox asandır!”, - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə