"Rusiya təcrübəsini tətbiq etməkdə davam edir” - Qanna Malyar

Rusiya hərbçiləri səyyar krematoriyalardan fəal şəkildə istifadə edir, üstəlik, komandanlıqları hətta ölən əsgərlərinin kimliyini və qeydiyyatını belə aparmır. SİA xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda yazıb.

O bildirib ki, Rusiya ordusunun ön mövqelərinin arxasında beşə yaxın belə krematoriyanın daimi yerdəyişməsi var: “Ölən işğalçıların cəsədlərinin identifikasiyası və qeydiyyatı aparılmadan kremasiya işləri aparılır. Beləliklə, Rusiya komandanlığı şəxsi heyətin böyük itkilərini gizlədir və ölənlərin ailələrini Rusiya təbliğatının reklam etdiyi müavinət və təzminatlardan məhrum etmək kimi ənənəvi Rusiya təcrübəsini tətbiq etməkdə davam edir”, - müdafiə nazirinin müavini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə