Boris Consondan ukraynalı jurnalistə xatırlatma

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson rusları nasistlərlə müqayisə edən ukraynalı jurnalistə, Böyük Vətən Müharibəsi zamanı Rusiya və Ukrayna xalqlarının çox böyük itkilər verdikləri barədə işarə edib.

“Düşünürəm ki, müəyyən mənada bu cür müqayisələrlə çox diqqətli olmaq lazımdır. Unutmamalıyıq ki, ruslar da Böyük Vətən Müharibəsi illərində nasistləri məğlub etmək üçün böyük qurbanlar veriblər. Elə ukraynalılar da”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Conson Rada telekanalına müsahibə verərəkən ukraynalı jurnalistin diqqətinə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc olunan 2022-ci ilin yekunlarına dair məqaləsində, həm keçən il, həm də Krım baharından hesablasaq, ən azı səkkiz əvvəlki il “Qərb dünyasında vəhşi, irrasional rusofobiyanın” böyüməsini xatırlatmışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə