Patriarx Kirill Rusiyanı tərk edən vətəndaşlardan danışıb

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyanı tərk edən vətəndaşlar haqqında ümumi mühakimə yürütməməyə çağırıb.

“Düşünürəm ki, onların çoxunun mənəvi köməyə, tərbiyəyə ehtiyacı var. İnsanlar müxtəlif səbəblərdən getdilər, hamı haqqında ümumi mühakimə yürütmək düzgün olmazdı”.

Qeyd edək ki, SİA bu barədə rus saytlarına istinad edir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Dumanın Rusiyanı tərk və təhqir etmiş vətəndaşların mümkün əmlakının müsadirə edilməsini araşdırdığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə