Danışıqlar naminə sanksiyalar yumşaldıla bilərmi?

ABŞ administrasiyası Ukrayna ilə bağlı ciddi danışıqlarda Rusiyaya qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirməyə hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib.

Onun sözlərinə görə, Rusiyanın ciddi danışıqlar aparmaq və öz qüvvələrini Ukraynadan çıxararaq əraziləri geri qaytarmaq qərarı kontekstində, mən dəstək olardım, eləcə də düşünürəm ki, bunu dövlət katibi Entoni Blinken də dəstəkləyərdi.

Qeyd edək ki, Nuland bunu Vaşinqtonun Moskvaya qarşı bəzi məhdudiyyətləri aradan qaldırması ehtimalını şərh edərkən bildirib.

Yeri gəlmişkən, senator Rend Paul Nulanddan Rusiya qanunvericilərinə qarşı sanksiyaların ləğvi perspektivi barədə sual verib. Paul, Vaşinqtonun Duma və Federasiya Şurasının üzvlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarlarının, əslində Rusiya-Amerika parlamentlərarası dialoqun məhvinə gətirib çıxardığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə