Tramp “dəli müharibəni dayandırmaq” çağırışı ilə çıxış edib

Tankların və digər ağır silahların Kiyevə çatdırılması nüvə münaqişəsinə səbəb ola bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu sözləri Ağ Evin keçmiş rəhbəri Donald Tramp deyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tankların Ukraynaya təhvil verilməsini tənqid edərək, münaqişənin nüvə xarakterli ola biləcəyini deyib.

Qeyd edək ki, amerikalı siyasətçi “dəli müharibəni dayandırmaq” çağırışı ilə çıxış edib.

“Əvvəlcə tanklar, sonra nüvə silahları. İndi bu çılğın müharibəni dayandırın. Amma bunu etmək çox asandır”. Tramp bunu sosial səhifəsində yazıb.

Amma maraqlısı budur ki, ABŞ-ın keçmiş rəhbəri bütün bunların qarşısını almaq, yəni Ukrayna münaqişəsini dayandırmaq üçün hansı addımların atılmasının lazım olduğunu açıqlamayıb. Yəqin…

Yeri gəlmişkən bir gün əvvəl ABŞ prezidenti Cozef Bayden Ukraynaya 31 M1 “Abrams” tankı tədarük etdiyini açıqlamışdı.

Qeyd edək ki, Vaşinqtonun təşəbbüsünə qoşulan başqa ölkələr də Kiyevə tanklar verməyə hazır olduqlarını bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə