Priqojin Strelkovu təmas xəttinə çağırıb

“Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin İqor Strelkovu (Qirkin) təmas xəttinə gəlməyə və hücum bölmələrindən birinə rəhbərlik etməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri yanvarın 26-da Priqojinin mətbuat xidməti Telegram-da yayıb.

Qeyd edək ki, DXR-in keçmiş müdafiə naziri İqor Strelkov (Qirkin) bir müddət əvvəl

Yevgeni Priqojini “xarakterinin xüsusiyyətlərini” nümayiş etdirmək üşün ictimai informasiya sahəsinə buraxmamağı məsləhət bilmişdi. Priqojin buna cavab olaraq heç vaxt Strelkovla şəxsən görüşmədiyini bildirib, həmçinin Vaqnerin 2015-ci ildə bəzi məkrçilər sayəsində Donbassda düşdüyü vəziyyəti xatırladıb.

Eyni zamanda Priqojin “Vaqner” komandirləri ilə danışıb, onların İqor Strelkova (Qirkin) qarşı mənfi münasibətinə baxmayaraq, onu cəbhəyə dəvət etməyə inandırıb.

O, bir lətifədə deyildiyi kimi, “hay gəldi ha...”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə