Rusiyanın müsadirə olunmuş aktivlərinə investisiya qoyulacaq?

Avropa İttifaqı Ukraynanı bərpa etmək üçün Rusiya Bankının həbs edilmiş aktivlərindən istifadə etmək üçün hüquqi əsaslar görür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mənbələrə istinad edən “Bloomberg” xəbər yayıb.

“Avropa İttifaqına üzv dövlətlərə bildirilib ki, blok Ukraynanın yenidən qurulmasını ödəmək üçün Rusiya Mərkəzi Bankının ən azı 33,8 milyard avro (36,8 milyard dollar) aktivindən müvəqqəti istifadə etmək hüququna malikdir”.

Qeyd edək ki, “Bloomberg” bunu bu məsələ ilə tanış olan insanlara istinadən yazdığını bildirib.

Bu arada Avropa İttifaqı Şurasının hüquq xidməti diplomatlara, belə bir planın hüquqi baxımdan həyata keçirilə biləcəyini bildirib. Ancaq bu aktivlər müsadirə olunmasa və müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə baş verə bilər.. Əsas şərt isə əsas məbləğin və faizin Rusiyaya nə vaxtsa qaytarılacağına zəmanətdir.

Ekspertlərin hesablamalarına görə, Rusiya Mərkəzi Bankının xaricdə dondurulmuş aktivləri təxminən 300 milyard dollar təşkil edir. Avropa rəsmilərinin hesablamalarına görə, onların təqribən 4,14 milyard dolları Avropa İttifaqındakı əmanətlərdədir.

Bunu da “Bloomberg” yazıb.

Bundan əvvəl Rusiya Maliyyə Nazirliyi Qərb dövlətləri arasında Rusiyanın aktivlərinin ələ keçirilməsi məsələsi ilə bağlı hələ də vahid mövqe olmadığını, lakin bunun gələcəkdə baş verə biləcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə