ABŞ Türkiyəyə təsir göstərməyə çalışır

Rusiyadan "Boeing"in uçuşlarını qadağan etmək üçün

ABŞ Rusiya hava yollarına məxsus ABŞ istehsalı olan təyyarələrin Türkiyəyə uçuşlarını dayandırması üçün Ankaraya təzyiq göstərməyə çalışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal”da dərc olunan məqalədə deyilir.

Belə ki, nəşrin həmsöhbətləri 2022-ci ilin dekabrında yüksək rütbəli ABŞ rəsmilərinin Türkiyə strukturlarının Rusiya, eləcə də Belarus daşıyıcılarına xidmət göstərməsinin nəticələri barədə xəbərdarlıq etdiklərini bildiriblər.

Bunun üçün onları cərimələr, ixrac imtiyazlarının itirilməsi və hətta həbs cəzası gözləyir.

Qeyd edək ki, “The Wall Street Journal”ın məlumatına görə, bunu Türkiyə tərəfinə ticarət nazirinin köməkçisi Teya Roseman Kendler çatdırıb.

Onu da qeyd edək ki, departament jurnalistlərə təfərrüatlı məlumat verməyib, lakin onların ABŞ-ın Rusiya, Belarus və İran təyyarələrinə tətbiq etdiyi məhdudiyyətlərə riayət olunmasına nəzarət etmək üçün xarici aviaşirkətlərlə birlikdə işlədiklərini qeyd edib.

Yei gəlmişkən xatırladaq ki, oktyabrın 1-dən bəri Rusiyadan gələn aviaşirkətlər Amerikanın “Boeing”də Türkiyəyə 2,1 mindən çox uçuş həyata keçirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə