Ukrayna ərazilərinə 55 raket zərbəsi endirilib

Ukrayna ərazilərinə 55 raket zərbəsi endirilib

Rusiya qüvvələri son sutka ərzində Ukrayna ərazilərinə 55 raket zərbəsi endirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat verib.

Onun sözlərinə görə, raketlərdən 47-si məhv edilib. "Düşmən Qara dənizin akvatoriyasından və Tu-95, Su-35 və MiQ-31K təyyarələrindən Х-101, Х-555, Х-47 "Knijal", "Kalibr", Х-59 raketlərini Ukrayna ərazilərinə atıb. Raketlərdən 20-si paytaxtın səmasında sıradan çıxarılıb. 3 raket isə hədəfə çatmadan özü parçalanıb", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə