İndi də Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsi müzakirə edilir?
Bu arada Almaniyanın müdafiə naziri Boris Pistorius kansler Olaf Şolzun Ukraynaya döyüş təyyarələri göndərməməsi ilə bağlı mövqeyini dəstəkləyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nazir bunu jurnalistlərə açıqlamasında deyib.
Maraqlıdır ki, Pistorius, kanslerin bunu açıq şəkildə bildirdiyini də etiraf edib.
Qeyd edək ki, almaniyalı müdafiə naziri kanslerə həmrəylik nümayiş etdirdiyini də gizlətməyib.
Xatırladaq ki, Olaf Şolz Ukraynaya döyüş təyyarələri və NATO qoşunlarının göndərilməsini istisna etmişdi.
Onu da xatırladırıq ki, Almaniya Müdafiə Nazirliyi “Leopard 2” tanklarının Kiyevə çatdırılma vaxtını açıqlayıb.
Yeri gəlmişkən, Amerika və Almaniya tanklarını Ukraynaya göndərəcəklərinə razılaşdıqdan sonra NATO ölkələri münaqişənin mümkün gərginləşməsi ilə bağlı narahatlıqlara baxmayaraq, indi də Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsini müzakirə edirlər.
Xatırladaq ki, bu barədə “Politico” hərbi rəsmilərə və diplomatlara istinadən yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB