"..Rusiya prezidenti Vladimir Putin üçün ukraynalı həmkarı Zelenski uzun müddətdir ki, mümkün rəqib olmaqdan çıxıb”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov yanvarın 26-da keçirdiyi brifinqdə bildirib.
Peskov jurnalistlərə Ukrayna prezidentinin Rusiya lideri Vladimir Putinlə danışmaq istəməməsi ilə bağlı bəyanatını şərh etmək istəyinə cavab olaraq Zelenski Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirmədiyini xatırladıb.
Onun dediyinə görə, guya həmən ərəfədə Zelenski Rusiya ilə müharibəyə hazırlaşırmış.
Peskov Zelenskinin hansı vədlərlə Ukraynanın cənub-şərqində səs toplaya bildiyini və bunun sayəsində Ukrayna prezidenti olduğunu da xatırladıb. Kremlin sözçüsünə görə, guya Zelenski onların heç birini yerinə yetirməyib.
“O, Donbass problemini həll etmədi, Minsk razılaşmalarını yerinə yetirmədi, üstəlik, məlum oldu ki, onları yerinə yetirmək niyyətində deyildi, müharibəyə hazırlaşır. Ona görə də deməliyəm ki, onun özü çoxdan prezident Putinin mümkün rəqibi olmaqdan çıxıb”.
Bunu da Dmitri Peskov bildirib.
...Rusiya infrastruktura zərbələri dayandırarsa, Avropa Ukraynadan sülh danışıqlarına başlamağı xahiş edə bilər.
Belə ki, İtaliyanın xarici işlər naziri Antonio Tajaninin sözlərinə görə, yalnız bu halda Avropa İttifaqı ölkələri Kiyevi Moskva ilə dialoqa təşviq etməyə başlayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB