“Etirazçılara qarşı zorakılıq halları artıq mütəmadi xarakter alıb“ - POLİTOLOQ DANIŞDI

“Etirazçılara qarşı zorakılıq halları artıq mütəmadi xarakter alıb“ - POLİTOLOQ DANIŞDI

“Fransada etirazçılara qarşı zorakılıq halları artıq mütəmadi xarakter alıb. Onlara qarşı güc tətbiq olunması xüsusilə son dövrlər daha da güclənib. Belə bir dövlətin demokratiyadan, hüquq bərabərliyindən, söz və fikir azadlığından bütün dünyaya dərs keçməsi təəssüf doğurur. Çünki Fransa daxilində ictimai-siyasi etirazları hər zaman böyük bir şiddətlə qarşılayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bu cür mənfi addımlar Fransa polisinin də davranışlarında görünür: “Fransa beynəlxalq məsələlərdə, Qafqaza yönəlik siyasətində Ermənistanın arxasında duraraq, hazırladığı planlarındansa, ilk növbədə öz daxili vəziyyətinə nəzər yetirməlidir. Fransa yaxşı olar ki, separatizmi dəstəkləmək əvəzinə daxili problemlərinə köklənsin. Çünki Fransada pensiya islahatları çox böyük narahatlıq yaradıb və əhali ayağa qalxıb. Bütün bunlar isə uğursuz siyasətin aparılmasının nəticəsidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə