Aİ sanksiyaların müddətini uzadacaq

Aİ sanksiyaların müddətini uzadacaq

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha altı ay uzadılması barədə razılığa gəliblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, iqtisadi sanksiyalar altı ay müddətinə, 2023-cü il iyulun 31-dək uzadılacaq. Onların təsdiqi üçün Aİ Şurasının qərarı lazımdır.

Qeyd edək ki, ilk məhdudiyyətlər 31 iyul 2014-cü ildə bir il müddətinə tətbiq edilib və sonrakı ilin yazından hər altı aydan bir yenilənib.

Bütün xəbərlər Facebook səhifəmizdə