ABŞ hakimiyyəti Qərbin Ukraynaya tanklar göndərməsinə cavab olaraq Rusiyanın NATO-ya zərbə endirmək niyyətində olduğuna dair əlamətlər görmür.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı deyib.
Bircə onu deyə bilərəm ki, biz Putinin NATO ərazisinə zərbə endirməyi planlaşdırdığına dair heç bir əlamət görmürük. Kirbi deyib bunu.
Qeyd edək ki, o, Amerikanın M1 “Abrams” tanklarının Kiyevə təhvil verilməsi üçün uzun aylar lazım olacağını da etiraf edib. Eyni zamanda, onun sözlərinə görə, alman Leopardlarının Ukraynaya çatdırılması o qədər də çox vaxt aparmayacaq.
ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarını ötürməkdə davam etdiyini bildirən Kirbi, lakin onların ukraynalılara dəqiq hara zərbə endirəcəklərini diktə etmədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB