“Legrand” şirkəti də Rusiya bazarını tərk edir

“Legrand” şirkəti də Rusiya bazarını tərk edir

Fransanın elektrik məhsulları istehsalçısı olan “Legrand” şirkəti Rusiya bazarından çıxdığını elan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəyanat artıq şirkətin rəsmi saytında da dərc olunub.

Şirkət, beynəlxalq gündəm fonunda “Legrand”ın Rusiyadakı biznesini dayandırmaq qərarına gəldiyini bəyan edib.

Qeyd edək ki, hazırda şirkət rəhbərliyi Rusiya bölməsinin yeni sahiblərin əlinə keçməsi imkanlarını nəzərdən keçirir.

2022-ci ildə “Legrand” satışlarının yalnız 1,5 faizi Rusiyadan gəlib. Onu da qeyd edək ki, Rusiya bazarını tərk etmək qərarına görə, şirkət aktivlərinin 150 milyon avro dəyərində ucuzlaşmasını gözləyir.

Amma maraqlıdır ki, bu, onun düzəliş edilmiş əməliyyat gəlirlərinə təsir etməyəcəyi deyilir.

Xatırladaq ki, fransız şirkətinin Rusiyadakı istehsalı Ulyanovskda üç istehsal sahəsində cəmləşib. O, "Leqran Ulyanovski" MMC-nin filialı olan "Kontaktor" ASC zavoduna, habelə Çufarovo kəndində istehsal xətlərinə malikdir.

Və onu da bildirək ki, “Legrand”, “Bonduelle”, “Leroy Merlin” və “Auchan” kimi, 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyat başlayandan sonra Rusiyadakı fəaliyyətini davam etdirirdi, amma...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə