Almaniya birdəfəlik “Rusiya ilə razılaşmaq” şansından istifadə etməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Polşanın eks-prezidenti Lex Valeza deyib.
Polşanın keçmiş prezidenti Lex Valesa, dünya birliyinin “illər boyu Rusiyanın imperiya istəklərini boğmaq” şansı olduğunu da bildirib.
Maraqlıdır ki, o, Almaniyaya müraciət edərək, fürsətdən istifadə etməyi, yəni “Rusiya problemini həll etməyi” məsləhət görürür.
Valesaya görə, çünki bu, indi edilməsə, “gələcək nəsillər bunu bağışlamayacaq”. “Almanlara izah etmək lazımdır ki, Rusiya ilə həmişə problemlər olub və biz polyaklar bunu xüsusilə yaxşı bilirik.
Buna görə də bu nəslin sağlığında Rusiya ilə məşğul olmaq şansımız var. Amma deyim ki, bir daha belə şansımız olmayacaq.
Polşanın eks-prezidentinin dediyinə görə, əgər Qərb dövlətləri onun ərazisində yaşayan xalqların milli istəklərini oyatmağa nail olsalar, bu halda Rusiya həmişəlik zəifləyəcək. Bunun üçün isə polşalı siyasətçinin fikrincə, Rusiya dövləti daxildən sarsıtılmalıdır.
“Təbliğat hər bir rusu inandırmalıdır ki, istənilən vaxt orduya çağırıla bilər, ona kimin əmr verəcəyi məlum deyil. Onlara pis siyasi sistemə sahib olduqlarını göstərmək lazımdır”.
Valesaya görə, Rusiya ilə yanaşı, Çinlə də məşğul olmaq lazımdır.
Qeyd edək ki, Lex Valesa əvvəllər də, Rusiyanı “parçalamağı” və rusların sayını 50 milyon nəfərə endirməyi məsləhət bilmişdi. Bununla belə o, Ukraynadakı vəziyyətə görə Moskvanı ələ keçirməyi də təklif edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB