Bu dəfə Qavrilov xəbərdarlıq edir

Qərb Rusiyaya zərbələr endirmək üçün Ukraynanı silahla təmin edərsə, Moskva sərt cavab verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov xəbərdarlıq edib.

Diplomatın vurğuladığı kimi, Moskva bunu cavabsız qoymayacaq.

“...Əgər Vaşinqton və ya NATO ölkələri Kiyevi Rusiyanın dinc şəhərlərinə dərindən vurmaq üçün silahla təmin edib, konstitusiya ilə qorunan ərazilərimizi ələ keçirməyə cəhd etsələr, bu, Moskvanı sərt cavablar almağa məcbur edəcək”.

Bu xəbərdarlığı da Qavrilov edib.

Xatırladaq ki, bu günlərdə NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanı təkcə müdafiə üçün deyil, silahla təmin etməyə çağırıb.

Qeyd edək ki, bununla yanaşı, Stoltenberq, NATO-nun hələ də Ukraynadakı münaqişənin tərəfi olmadığını və olmayacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə