Altı dövlət zavodu Ukrayna üçün mərmi istehsal edəcək?

ABŞ Ukraynaya kömək etmək üçün mərmi istehsalını artırmağı planlaşdırır
Altı dövlət zavodu Ukrayna üçün mərmi istehsal edəcək?

Bu arada Pentaqon artilleriya mərmilərinin istehsalını altı dəfə artırmağı planlaşdırır ki, bunun da əhəmiyyətli hissəsi Ukraynaya tədarük üçün nəzərdə tutulub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” ABŞ Ordu Komandanlığının hesabatına istinadən xəbər verir.

Rusiya Ukraynanı işğal etməzdən əvvəl ABŞ hərbi zavodlar ayda 14.400 artilleriya mərmisi istehsal edirdi. Pentaqon iki il ərzində istehsalı ayda 90 min mərmiyə çatdırmağı planlaşdırır. Verilən məlumatlara görə, bununla bağlı artıq özəl şirkətlərlə müvafiq müqavilələr bağlanıb.

Qeyd edək ki, ABŞ-da bu sayda mərmi Koreya müharibəsindən bəri heç vaxt istehsal olunmayıb.

Yeri gəlmişkən Rusiyanın Ukraynaya təcavüzü, hər ay on minlərlə mərminin hər iki tərəf tərəfindən istehlak edildiyi ABŞ ordusuna sursat istehsalı üçün mövcud imkanların kifayət etmədiyini başa saldı.

Təbii ki, burada söhbət uzaq mənzilli haubitsalar üçün 155 mm-lik idarə olunmayan mərmilərdən gedir. Rəsmi mənbələrdən sızan məlumata görə, indi onları Pentaqonla müqavilə əsasında özəl şirkətlər tərəfindən altı dövlət zavodu istehsal edir.

Bu zavodların məhsullarının demək olar ki, bütün məhsullarının Ukraynaya göndəriləcəyi gözlənilir.

“The New York Times” nəşrinin də yazdığı kimi, mərmi istehsalının kəskin artırmaq qərarı ABŞ-ın Rusiya ilə uzun sürən müharibə zamanı Ukraynanı dəstəkləməyə hazır olduğunu göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə