Putin apardığı müharibənin məqsədini bildirib

Putin apardığı müharibənin məqsədini bildirib

Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədi xalqı və Rusiyanın özünü onların öz tarixi ərazilərində yaratmağa çalışdıqları təhlükələrdən qorumaqdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin yanvarın 25-də universitet tələbələri ilə görüşündə deyib bunları.

Dövlət başçısı Rusiyanın buna imkan verə bilməyəcəyini də tələbələrin diqqətinə çatdırıb.

Xatırladaq ki, Vladimir Putin xüsusi hərbi əməliyyat zonasında olan hər kəsi səmimi qəlbdən qəhrəman hesab edir.

Yeri gəlmişkən, Putin Rusiyanın xüsusi əməliyyat çərçivəsində qarşıya qoyduğu bütün məqsədlərə nail olacağına şübhə etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə