Polşa Rusiya və Belarusa qarşı yeni sanksiyalar təklif edir

Polşa Rusiya və Belarusa qarşı yeni sanksiyalar təklif edir

Polşa Avropa İttifaqına Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri RAR öz mənbələrinə istinadən yayıb.

Beləliklə, Polşada Belarus və Rusiyaya qarşı növbəti sanksiya paketlərinə daxil edilməli olan bir sıra təkliflər hazırlanıb.

“Polşa Avropa Komissiyasına və üzv dövlətlərə Rusiyaya qarşı onuncu sanksiyalar paketi və Belarusa qarşı növbəti sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib”.

Qeyd edtdiyimiz kimi bunu da nəşr yazır.

Polşa rəsmiləri Belarusun sanksiyalar paketinə Belarusdan mebel, siqaret filtrləri, şüşə və rezin məmulatları, bitumlu materiallar və asfalt idxalına qadağanın daxil edilməsini təklif edirlər.

Rusiyaya gəlincə, burada polyaklar nüvə enerjisi sahəsində əməkdaşlığın dayandırılmasını, Rusiyadan müəyyən malların, o cümlədən brilyant və rezinlərin idxalına qadağa qoyulmasını, həmçinin bir sıra Rusiya banklarının SWIFT-dən ayrılmasını tələb edirlər.

Bundan əlavə, Polşa təşəbbüsləri siyahısına proqram təminatı xidmətlərinin göstərilməsinə məhdudiyyətlərin tətbiqi və Rusiya gəmilərinə qarşı sanksiyaların genişləndirilməsi daxildir.

Bundan əlavə, Polşa nəqliyyat sahəsində sanksiyaları genişləndirmək, daha dəqiq desək, Belarus və Rusiyada qeydiyyatdan keçmiş yarımqoşqulardan istifadə etməklə yüklərin daşınmasına qadağa tətbiq etmək istəyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə