''Suriyanın şimalında yeddi PKK/YPG terrorçusu da zərərsizləşdirilib''

''Suriyanın şimalında yeddi PKK/YPG terrorçusu da zərərsizləşdirilib''

Suriyanın şimalındakı ''Fərat qalxanı'' və ''Sülh çeşməsi'' əməliyyatı bölgələrində hücum törətməyə cəhd göstərən separatçı terror təşkilatı PKK/YPG-nin yeddi üzvü zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
''Terrorçulara ağır zərbələr endirməyə davam edirik. Suriyanın şimalındakı ''Fərat qalxanı'' və ''Sülh çeşməsi'' əməliyyatı bölgələrində hücum törətməyə cəhd göstərən separatçı terror təşkilatı PKK/YPG-nin yeddi üzvü qəhraman hərbçilərimiz tərəfindən zərərsizləşdirilib. Mübarizəmiz davam edir, davam edəcək!",-deyə Milli Müdafiə Nazirliyinin etdiyi paylaşımda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə