ABŞ Ukraynaya 400 milyon dollar dəyərində 31 “Abrams” tankı göndərəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “Bloomberg”in əməkdaşı Cennifer Yakobs “Twitter” hesabında yazıb.
“Prezident Cozef Bayden administrasiyası 400 milyon dollarlıq sövdələşmə çərçivəsində Ukraynaya 31 M1 “Abrams” tankı göndərəcək”.
Jurnalist bunu əldə etdiyi mənbələrə istinadən yazıb.
Bundan əvvəl CNN iki amerikalı rəsmiyə istinadən ABŞ-ın Ukraynaya 30-a yaxın “Abrams” tankı göndərmək planını yekunlaşdırdığını bildirmişdi.
Qeyd edək ki, ABŞ administrasiyasının tankların göndərilməsi ilə bağlı açıqlaması bu həftə verilə bilər.
Yeri gəlmişkən, “The Washington Post” “Abrams” tanklarının Ukrayna qoşunlarına çatdırılması prosesinin aylarla çəkə biləcəyini və onların yaza qədər ora çatdırılması mümkün olmayacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB