Kiyev Soledarın təslim olduğunu rəsmən təsdiqləyib

Kiyev Soledarın təslim olduğunu rəsmən təsdiqləyib

Soledarın təslim olması və onun Rusiya qüvvələrinin nəzarətinə keçməsi Kiyevdə rəsmən təsdiqlənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “France-Presse” agentliyi yayıb.

Ukrayna qoşunlarının Soledardan geri çəkilməsi Ukraynada tanınıb. Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun nümayəndəsi Sergey Çerevatovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəxsi heyətin həyatını xilas etmək üçün Soledar şəhərini tərk edib.

“Aylarca davam edən şiddətli döyüşlərdən sonra, xüsusən də son həftələrdə Ukrayna silahlı qüvvələri Soledarı tərk edərək əvvəlcədən hazırlanmış ətrafdakı mövqelərə geri çəkiliblər”-deyə Çerevatov bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Soledari hələ yanvarın 12-də Ukrayna silahlı birləşmələrindən azad edildiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə