Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı Cinayət Məcəlləsinə hərbi və döyüş şəraitində hərbi qulluqçuların məsuliyyətini sərtləşdirən dəyişiklikləri imzalayıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, sənəd yanvarın 13-də Ali Rada tərəfindən qəbul edilib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı daha əvvəl düzəlişlərin qəbulu ilə bağlı çıxış edib.
Dəyişikliklərə əsasən, komandirə, əmrə tabe olmamaq, komandirə hədə-qorxu gəlmək və ya zorakılıq etmək, döyüş meydanını, eləcə də bölməni icazəsiz tərk etməkdə təqsirli bilinən əsgərlərin cəzasını artıq məhkəmələr azaldılmış və ya şərti olaraq təyin edə bilməyəcək.
Sənəd əmri yerinə yetirməməyə görə üç ildən yeddi ilədək, fərariliyə görə beş ildən 12 ilədək, hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etməyə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Döyüş meydanında silahdan istifadə etməkdən imtina etdikdə - beş ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.
İndi hakimlər müharibə cinayətləri işlərində hökm çıxarılarkən işin bütün hallarını nəzərə almayacaqlar.
Yəni məhkəmə təcrübəsi yekdil olacaq - bütün hərbçilər üçün real və uzun müddətli həbs cəzası.
Maraqlıdır ki, hüquq müdafiəçiləri Zelenskini qanun layihəsini təsdiqləməməyə çağırıblar. Onlar hesab edirlər ki, düzəlişlər ordunun əsas hüquqlarını məhkəmə müdafiəsinə əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
O da maraqlıdır ki, hələ dekabrda düzəlişlərə qarşı petisiya gündə 25 mindən çox səs toplayıb ki, bu da onun baxılması üçün zəruridir.
“Bir ilə yaxındır ki, Rusiyanın genişmiqyaslı işğalını dayandıran və ərazilərin azad edilməsi üçün uğurlu əməliyyatlar aparan hərbçilərə təşəkkür etmək əvəzinə, onların komandirlərlə ən kiçik fikir ayrılığına və ya etirazına görə həbsxanaya atırıq”.
Qeyd edək ki, petisiyanın müəllifi Tatyana Kostoqrızenkoya məxsusdur bu fikirlər. Göründüyü kimi, düzəlişlərdəki narzılıq onun da dediklərindən sezilir.
Məsələn, onun fikrincə, komandanlıq ordunun demək olar ki, istənilən tənqidinə görə misli görünməmiş şantaj rıçaqları və həbsxana cəzası alacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB