Çinin təyyarəsi və gəmisi Tayvan adasına yaxınlaşıb

Çinin təyyarəsi və gəmisi Tayvan adasına yaxınlaşıb

Tayvan adasının ətrafındakı hava məkanında və dənizdə yenidən Çinin hərbi aktivliyi müşahidə olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tayvan hakimiyyəti məlumat yayıb.

Məlumata görə, Çinin dörd təyyarəsi və üç gəmisi Tayvan adasına yaxınlaşıb. Lakin gəmilərdən heç biri Tayvan boğazının median xəttini keçməyib və təyyarələr adanın hava hücumundan müdafiə sistemlərinin identifikasiya zonasına daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə