Rusiyanın ümumi itkilərinin sayı 123 080 nəfərə çatıb

Rusiyanın ümumi itkilərinin sayı 123 080 nəfərə çatıb

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 900 hərbçisini itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 123 080 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 23 zirehli döyüş maşını, 6 artilleriya sistemi, 1 təyyarə Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə