Bayden “Abrams” tankları verilməsi qərarını açıqlayacaq

Amerika prezidenti Co Bayden yanvarın 25-də Ukraynaya “Abrams” tankları verilməsi qərarını açıqlayacaq. SİA-nın xəbərinə görə, bu barədə “Əl-Cəzirə” telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Prezident Bayden Abrams tanklarının Ukraynaya çatdırılması qərarını sabah, çərşənbə günü açıqlayacaq”, - Amerika rəsmisi telekanala bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə