Bu ölkədə koronavirusun yeni ştammı aşkarlandı

Ukraynada “Kraken” (XBB.1.5) adlı yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, virus Sumı rayon sakinində aşkarlanıb. Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat verib.

“Hadisə Sumı vilayətində koronavirusa qarşı peyvənd kursu keçməmiş şəxsdə qeydə alınıb”, - məlumatda deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Kraken” digər subvariantlardan daha təhlükəli olan xüsusi mutasiyalara malik deyil. Bununla belə, əvvəlki ştamlarla müqayisədə, yeni COVID-19 ştammı insanın immun reaksiyasından yayınmaqda çox effektivdir, yaşlı və immuniteti zəif olan insanlarda ciddi xəstəliklərə səbəb ola bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə