Zelenski Makronla NƏLƏRİ MÜZAKİRƏ ETDİ? - DETALLAR

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb. Ukrayna lideri Fransa dövlət başçısıyla müharibəni bitirmək üçün diplomatik addımları müzakirə edib. SİA bu barədə Ukrayna dövlət başçısının teleqram kanalına istinadən xəbər verir.

"Fransa prezidenti Emmanuel Makronla söhbətdə yüngül tanklarla təmin edilməsinə dair sıçrayışlı qərara və Ukraynanın müdafiə qabiliyyətini, xüsusən də ön cəbhənin hava hücumundan müdafiə sistemləri ilə daha da gücləndirdiyinə görə təşəkkür etdim. Həmçinin müharibəni dayandırmaq üçün diplomatik addımları müzakirə etdik. O vurğuladı ki, xüsusən Rusiyadan olan idmançıların Parisdəki Olimpiya Oyunlarında yer yoxdur", - Zelenski sosial şəbəkə heabında yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə