Argentinada güclü zəlzələ baş verib

Argentinada güclü zəlzələ baş verib. SİA xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat paylaşıb.

Açıqlamada Argentinanın Santiaqo del Estero əyalətində yerləşən Campo Gallo şəhərində 6,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) isə zəlzələnin maqnitudasının 6,2 olduğunu açıqlayıb.

Hələlik zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə