"Rusiyanın Belqorod vilayətində indiyədək 25 sakin həlak olub"

Ukraynada xüsusi hərbi əməliyyat başlanandan bəri Rusiyanın sərhəd Belqorod vilayətində 25 sakin həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu rəqəmləri Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Prezident Vladimir Putin ilə görüşündə səsləndirib.

O deyib ki, Ukrayna tərəfindən vilayətin atəşə tutulması nəticəsində indiyədək 25 sakin həlak olub, 96 nəfər yaralanıb.

V.Qladkov əlavə edib ki, zərərçəkənlərə, eləcə də xüsusi hərbi əməliyyatda həlak olanların ailələrinə maddi yardım göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə