Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki kəndlərdən birinə pilotsuz uçuş aparatının köməyi ilə partlayıcı qurğu ataraq 2 nəfəri yaralayıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu yanvarın 24-də vilayətin qubernatoru Roman Starovoit öz “Telegram”ında yayımlayıb.
Ukrayna silahlıları Kursk vilayətinin Sudjanski rayonunun Qornal kəndində pilotsuz təyyarədən partlayıcı qurğu atıblar. Roman Starovoytun sözlərinə görə, partlayış nəticəsində iki nəfər yaralanıb, onlara hazırda yardım göstərilir.
“Bu gün Ukrayna Silahlı Qüvvələri Sudjanski rayonunun Qornal kəndində pilotsuz təyyarədən partlayıcı qurğu atıb. Təəssüf ki, iki nəfər yaralanıb. İndi onlara bütün lazımi tibbi yardım göstərilir”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri yaraqlılarının Kursk vilayətinə atəş açması nəticəsində dörd yaşayış məntəqəsi enerjisiz qalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə