Səudiyyə Ərəbistanı dollardan imtina edir

Səudiyyə Ərəbistanı dollardan imtina edir

Səudiyyə Ərəbistanı dollardan imtina edərək xarici ticarət əməliyyatlarını milli valyutalarla həyata keçirməyə hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu məsələni ticarət tərəfdaşları ilə müzakirə etməyə hazırdır. Nazir, həmçinin vurğulayıb ki, xarici ticarətdə avro, Səudiyyə rialı və digər valyutalar istifadə oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə