Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynaya tank tədarükündən danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Almaniyanın belə addım atacağı təqdirdə Moskvanın necə reaksiya verəcəyini açıqlayıb.
"Kiyevə "Leopard" tanklarının tədarükü istər-istəməz Rusiya və Almaniya arasında gələcək münasibətlərə təsir göstərəcək", - deyə Peskov Berlinə xəbərdarlıq edib.
"Kremldə Kiyevin Minskə hücum etməmək paktı təklif etdiyinə dair heç bir məlumat yoxdur. Zelenski ilə CIA-in Yevgeni Priqojinin həyatına sui-qəsdi müzakirə etdiyi barədə məlumatı xüsusi xidmət orqanlarından soruşmaq lazımdır. Rusiya Federasiyası nadir və dəyərli mütəxəssislərin, o cümlədən İT sənayesinin mütəxəssislərinin geri qayıtması üçün şərait yaratmaqda maraqlıdır", - deyə sözçü əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB