ABŞ-ın keçmiş prezidenti Donald Tramp KXDR lideri ilə sammitdə Kim Çen İnə niyə "Balaca Raket Adam" deməsinin səbəbini izah edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunu Elton Conun mahnısından götürdüyünü deyib.
Belə ki, 2017-ci ildə KXDR bir sıra ballistik raket sınaqları keçirəndə Tramp Kim Çen İnlə qiyabi polemikanın qızğın vaxtında onu bir neçə dəfə "Balaca Raket Adam" adlandırıb. Buna cavab olaraq KXDR lideri Trampa "ağlını itirən qoca adam" deyib.
Daha sonra birgə sammitdə Tramp Kim Çen İndən "Rocket Man" mahnısının müəllifi Elton Conun kim olduğunu bilib-bilmədiyini soruşub. Şimali Koreya lideri mənfi cavab verib. Tramp ona izah edib ki, Kim Çen İnə bu ləqəbi verməyə ruhlandıran məhz həmin mahnı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB